Abdullah ibn Zamrə, İbn-i Matı-i Himyəri Ka'b-ül Əxbardan nəql edir:
"... Qiyam edəcək (Qaim) olan hz. Mehdi (ə.s.), .... ALLAH PEYĞƏMBƏRLƏRƏ VERDİYİ (ƏZƏMƏTİ) ONA DA VERƏCƏK..."
(Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 169)
Hz. Mehdinin (ə.s.) saqqalı xəfif olub saqqalı yanlarda az, aşağı tərəfi isə yan tərəflərə nisbətən daha uzun, amma düzəldilmiş şəkildə olacaq.
"(HZ MEHDİ (Ə.S.)) ...MƏCZUM (XƏFİF SAQQALLI), KƏVSƏC (SAQQALI YANLARDA AZ, AŞAĞI TƏRƏFİ İSƏ YAN TƏRƏFLƏRƏ NİSBƏTƏN DAHA UZUN, AMMA DÜZƏLDİLMİŞ ŞƏKİLDƏ)... BİR ŞƏXSDİR..."
(Fətava-i Hadisiyyə, Əbü'l-Abbas Şəhabəddin Əhməd İbn Həcər əl-Heytəmi - 41)
Peyğəmbərimiz (s.ə.v) bu hədisində hz. Mehdinin (ə.s.) saqqalının forması ilə bağlı detallar bildirmişdir.В Hədisdəki "məczum", yəni "xəfif saqqallı" ifadəsi ilə hz. Mehdinin (ə.s.) saqqalının sərt saqqal şəklində deyil, eyni Peyğəmbərimizdə (s.ə.v) də olduğu kimi, incə tüklü saqqal şəklində olduğu aydın olur. Forma olaraq da yanlardan az, yəni incə olaraq enən, aşağı hissəsi isə uzun olacaq formaya malik olduğunu ifadə etmişdir.